#turist vizası islahatı

Antalya, ilin 8 ayı ərzində hava yolu ilə gələn 11 milyon 702 min 733 xarici turisti qəbul edib. Antalya avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37 min 953 nəfər artımla 2 milyon 711 min 395 turisti qarşılayıb. Bu dövrdə şəhərə ən çox turist göndərən ölkələr sırasında Rusiya birinci, Almaniya ikinci, Böyük Britaniya isə üçüncü yerdə qərarlaşıb. İngiltərənin ardından Polşa, Rumıniya, Qazaxıstan, Ukrayna, Hollandiya, Çexiya və Slovakiya gəlir.

2025 -ci ilin iyulunda Özbəkistandan Türkiyəyə 78 min 778 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 17,86 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,13 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Özbəkistandan Türkiyəyə 366 min 789 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,31 faiz çoxdur.

2025 -ci ilin iyulunda Qırğızıstandan Türkiyəyə 16 min 106 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,53 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,23 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Qırğızıstandan Türkiyəyə 114 min 946 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.