#ilk yardım təlimatı

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən "Qlobal İlk Yardım Akkreditasiyası" sertifikatı alan Türk Qızıl Aypara Cəmiyyəti bu ilin ilk 8 ayında 69 min nəfərə ilk yardım təlimi verib. Türk Qızıl Aypara Cəmiyyəti, 22 şəhərdə yerləşən 29 İlk Yardım Təlim Mərkəzində, IFRC-yə bağlı Qlobal İlk Yardım İstinad Mərkəzinin nəzdində ilk yardım təlimləri həyata keçirir. Türk Qızıl Aypara Cəmiyyətinin verdiyi 16 saatlıq ilk yardım təlimlərinin beynəlxalq standartlara cavab verdiyi IFRC tərəfindən təsdiqlənib və keçən il təşkilata “Qlobal İlk Yardım Akkreditasiyası” sertifikatı təqdim olunub. Qurum daha çox insana çatmaq məqsədilə fəaliyyətini davam etdirir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 230 min insan boğularaq həyatını itirir. Türkiyədə isə bu rəqəm ildə 600 ilə 1000 nəfər arasında dəyişir. Ən çox risk altında olan yaş qrupu isə 1-24 yaş arası insanlardır.