#İran Atom Enerjisi Təşkilatı (AEOİ)

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı Moskva şəhərinə səfər edib. Səfər ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə münasibətlərindəki böhran və Qərb ilə nüvə sazişi ətrafındakı davam edən fikir ayrılıqları fonunda baş tutub. Əraqçinin gəlişindən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov İran dövlət mediasına bildirib ki, MAQATE İranla işləyərkən neytral mövqe nümayiş etdirməlidir. Lavrov qeyd edib ki, MAQATE iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri pisləməyib, baxmayaraq ki, agentliyin həmin obyektləri nəzarətdə saxlamaq səlahiyyəti var idi. Onun sözlərinə görə, bu addım bütün qayda və normaların açıq pozulması idi və İAEƏ-nin fəaliyyəti İranda heç kimi razı salmayıb.

“İran və Rusiya Bushehr stansiyasından daha böyük gücə malik nüvə obyektlərinin inşası ilə bağlı danışıqlar aparıb”- deyə İran Atom Enerjisi Təşkilatının (İAET) sözçüsü Bəhruz Kamalvəndi Moskva şəhərində keçirilən “World Atom Week – Atom Expo 2025” sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

İran Hörmüzdə 5 min meqavatlıq yeni atom elektrik stansiyası tikəcək. Bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd İslami açıqlama verib. İslami, Hörmüzqan vilayətində inşa ediləcək “İran Hormuz” adlı yeni atom elektrik stansiyasının layihələndirmə və avadanlıq mərhələsinə keçəcəyini açıqlayıb