İran müharibəsi geosiyasi hesablamaları iqtisadi rəqəmlərlə görünməmiş şəkildə qarışdırıb. Hörmüz boğazının Körfəz neft ixracı üçün qapalı bir "dar boğaza" çevrilməsi və Rusiya neftinin müharibə və sanksiyalar səbəbindən çətinliklərlə üzləşməsi fonunda, boğaz məhdudiyyətlərindən azad olan İran neftinin və bol istehsalla dəstəklənən ABŞ neftinin bazarda çəkisi nəzəri olaraq artıb.
#İran İraq müharibəsi
İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.
Bleyrin 2007-ci ildə baş nazir postunu tərk etməsindən sonra qurduğu Tony Blair Institute for Global Change (TBI) dövlətlərə idarəetmə islahatları, rəqəmsal transformasiya, ekstremizmlə mübarizə, iqtisadi və inkişaf siyasətləri üzrə məsləhət xidmətləri göstərir. Bu institut sayəsində o, çoxsaylı ölkələrin liderləri ilə sıx əlaqələr saxlayır və beynəlxalq forumlarda - Davos, Münhen Təhlükəsizlik Konfransı, Körfəz investisiya sammitləri kimi tədbirlərdə fəal iştirak edir.
ABŞ ilə İraq arasındakı münasibətlərin gələcəyi hazırkı geosiyasi vəziyyətdə qeyri-müəyyən olaraq qalır
Vaşinqton İraqı Tehranla olan siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrindən – xüsusilə enerji sahəsində – uzaqlaşdırmağa çalışır.
İranın əsas məqsədi “Böyük Müqavimət Strategiyası” çərçivəsində ABŞ-ın təsirini zəiflətmək və onun resurslarını tükətməkdir.