#Energetika Nazirliyi

Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1% artaraq 21,799 milyard kVt/saat olub. Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414 milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib. Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur: "Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir. Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib. Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb. tədbirdə COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla yaşıl enerji əməkdaşlığını genişləndirən bir neçə sənəd imzalanıb.