“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanın azarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib. Bek “Spiegel” nəşrinə açıqlamasında Köln və Barselonada keçirilən səfər oyunlarında baş verən insidentlərin klub üçün ciddi ziyan yaratdığını və bir sıra cəzalarla nəticələndiyini bildirib.