#Dəməşqdə bayraq ucaldılması

MHP sədri Devlet Bahçeli partiyasının TBMM-dəki qrup toplantısında çıxış edərək Suriyadakı son hadisələr və daxili təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanatlar verib. Bahçeli Dəməşq və Ankara arasındakı təhlükəsizlik əlaqəsinin strateji əhəmiyyətini vurğulayaraq Suriya xalqının birliyinin Türkiyə üçün vacib olduğunu bildirib. MHP lideri Suriyada baş verən son siyasi və hərbi dəyişikliklərin həm bölgə ölkələri, həm də Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. "Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir. Suriya xalqının səadəti, rifahı və birliyi Türk milləti ilə birdir və eynidir" deyən Bahçeli regiondakı sabitliyin birbaşa Türkiyənin milli maraqlarına təsir etdiyini vurğulayıb.

İsrail ordusunun, Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Küsve bölgəsindəki Mani dağına həyata keçirdiyi hava hücumları və hava desant əməliyyatı nəticəsində, Suriya ordusunun əsgərlərinin həlak olduğu bildirilib.Suriya dövlət televiziyası Əl-İhbariyyənin məlumatına görə, gecə saatlarında Mani dağı ətrafında əraziyə baxış keçirən Suriya ordu birlikləri müşahidə və dinləmə cihazları aşkarlayıb. Cihazlara müdaxilə edilməyə çalışıldığı anda bölgənin İsrail tərəfindən hava hücumuna məruz qaldığı qeyd olunan xəbərdə, “Hücum nəticəsində bəzi əsgərlər həlak olub, yaralananlar və dağıdılmış texnikalar da var,” – deyə bildirilib.