Bolat sosial media hesabında, “Tiflis marşrutu ilə Ankaranı 24 ölkənin 31 şəhəri ilə birləşdiririk. Oktyabrın sonunda Madrid və Barselonaya uçuşlar əlavə olunacaq, beləliklə, 25 ölkənin 33 şəhərinə çatacağıq,” - deyə bildirib. O, Brüssel, Milan və Roma uçuşları üzərində də işlədiklərini qeyd edib. Bolat, Ankaranı bölgənin yüksəliş mərkəzi kimi yerləşdirmək məqsədilə iş ortaqları və sənaye təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb. “Ankara üçün hava körpüsü yaratmaqla kifayətlənmirik, onu qlobal miqyasda tanıdacaq layihələrə start veririk,” deyən Bolat, Tbilisi, Madrid və Barselona uçuşlarının bu hədəfin mühüm addımları olduğunu bildirib.
#AJet hava yolları
6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
AJet bu ilin iyulunda paytaxt Dəməşqə həyata keçirdiyi ilk uçuşdan sonra uçuş şəbəkəsini genişləndirərək Yaxın Şərqin daha bir önəmli şəhərini marşrutlarına əlavə edib.
AJet-in Sabiha Gökçen Hava Limanından Dəməşqə ilk uçuşu uğurla tamamlanıb.
Türkiyənin ən gənc hava yolu şirkəti AJet Paris Aviasiya Sərgisində 14 ədəd Airbus A321neo təyyarəsinin icarəsi üçün Avolon və Carlyle Aviation Partners şirkətləri ilə müqavilə imzalayıb.