2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
#Özbəkistan
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artaraq, 64 milyon 433 min 97 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 5 milyon 578 min 81 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 116 milyon 679 min 44 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq, 11 milyon 510 min 66 dollara çatdırıb.
2025 -ci ilin sentyabrında Özbəkistandan Türkiyəyə 62 min 512 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 9,60 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,1 faiz təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında Özbəkistandan Türkiyəyə 506 min 193 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,58 faiz azdır.
ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb. Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.
4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
MDB dövlətlərinin Məşvərət Şurasının iclasında Azərbaycanda aparılan sosial islahatların uğurları barədə məlumat verilib
Slovakiyanın Prezidenti Peter Pellegrini bütün ölkələrlə, o cümlədən İranla diplomatik və dostluq münasibətlərinin qorunmasının vacib olduğunu vurğulayıb. UNESCO-nun 43-cü Baş Konfransının Samarkandda keçirilən çərçivəsində Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simaee-Sarraf ilə görüşən Pellegrini 2016-cı ildə İrana etdiyi rəsmi səfərin müsbət təcrübə olduğunu bildirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb. Qeyd edək ki, Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.
Türkiyə 2025-cü ilin sentyabr ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 32 milyon 221 min 42 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 282 milyon 816 min 25 dollara bərabər olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.