#Fələstin

"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.