Türkiyə avtomobil sənayesində uzun müddətdir gözlənilən mühüm bir addım reallaşdı. Sermaye Bazarları Qurumu (SPK), TOFAŞ Türk Otomobil Fabrikası A.Ş. ilə qlobal avtomobil nəhəngi Stellantis-in Türkiyə əməliyyatlarının birləşməsinə rəsmi olaraq təsdiq verdi. SPK-nın qərarı ilə TOFAŞ, Stellantis Otomotiv Pazarlama A.Ş. (Stellantis Türkiyə) ilə birləşmə prosesini tamamlayacaq. Şirkət bu barədə Kamuyu Aydınlatma Platformu (KAP) üzərindən rəsmi açıqlama yayıb.
#Türkiyədə avtomobil yolları yenilik
2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.
Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.