#ABŞ-Çin ticarət müharibəsi

Çin hakimiyyəti ABŞ-ni ölkənin müdafiə siyasətini təhrif etməkdə və bununla da Çinlə Hindistan arasında münasibətlərin yaxşılaşmasının qarşısını almağa çalışmaqda ittiham edib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bu açıqlamanı mətbuat brifinqində səsləndirib. O, Vaşinqtonun Çinlə Hindistan arasında mübahisəli sərhəd bölgələri ilə bağlı gərginliyin azalmasından Çinin ABŞ–Hindistan münasibətlərinin dərinləşməsinin qarşısını almaq üçün istifadə edə biləcəyi ilə bağlı iddialara cavab verib.

Yaponiya Baş naziri Sanai Takaiçi və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı iki ölkənin yaxın əməkdaşlığını yenidən təsdiqləyiblər. Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Takaiçi və Tramp təxminən 25 dəqiqə telefonla görüşüblər. Takaiçi görüş zamanı Trampa Yaponiya səfəri ilə bağlı bir qəzet üçün əl yazısı ilə hazırladığı mesajı hədiyyə etdiyi və həmçinin Ukraynada sülhün təmin olunmasında ABŞ-ın göstərdiyi səylərə görə təşəkkürünü çatdırıb.

Çin Xarici İşlər naziri Vanq Yi dünən ABŞ Xarici İşlər naziri Marko Rubio ilə telefon danışığı aparıb. Görüşdə Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətləri dünyanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır və sağlam, sabit və davamlı ikitərəfli əlaqələr həm hər iki ölkənin uzunmüddətli maraqlarına uyğundur, həm də beynəlxalq ictimaiyyətin gözləntisinə cavab verir. Vanq Yi Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın beynəlxalq liderlər olduğunu xatırladaraq, daimi ünsiyyət və qarşılıqlı hörmətin Çin-ABŞ münasibətlərinin ən dəyərli strateji sərvəti olduğunu vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müdafiə sənayesi şirkətlərindən ehtimal olunan Çinlə münaqişə ssenarisinə hazırlıq məqsədilə raket istehsalını iki və ya dörd dəfə artırmağı tələb edib. Pentaqon ən çox tələbat olan 12 əsas silah sisteminin istehsalına xüsusi diqqət yetirilməsini istəyir. Bu məsələ yüksək səviyyəli görüşlərdə Pentaqon rəhbərliyi ilə ABŞ-ın aparıcı raket istehsalçılarının rəhbərləri arasında müzakirə olunub.