14 siyasi partiya, 4 siyasi blok və 4 müstəqil namizədin iştirak etdiyi seçkilərdə seçki məntəqələri yerli vaxtla saat 21:00-da bağlanacaq. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 3 milyon 299 min seçici qeydə alınıb, onlardan 1 milyon 98 mini xaricdə yaşayır. Ölkənin 36 bölgəsində və xarici ölkələrdəki səfirliklərdə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Deputat seçkiləri üçün ümumilikdə 2 min 274 seçki məntəqəsi qurulub. Bunlardan 301-i xaricdə, 12-si Moldova daxilində birtərəfli müstəqilliyini elan etmiş “Transdinyester” bölgəsində, 68-i isə Qaqauz Muxtar Bölgəsində yerləşir.