#Birləşmiş Ərəb Əmirlikləri

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsan Qardaşlığı Məclisi" ("Human Fraternity Majlis") adlı tədbirdə iştirak edib. Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu. Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış etdilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir. Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Moskvaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyanı Kreml Sarayında rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılama mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək. Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

Səudiyyə Ərəbistanı çərşənbə axşamı milli təhlükəsizliyinin “qırmızı xətt” olduğunu bəyan edib və Yəmənin cənubundakı Mukalla limanına endirilən hava zərbəsindən bir neçə saat sonra Birləşmiş Ərəb Əmirlikləri qüvvələrindən Yəməni tərk etməyi tələb edib. Bu, Səudiyyə Ərəbistanının Abu-Dabiyə qarşı indiyədək səsləndirdiyi ən sərt mövqe kimi qiymətləndirilir.