Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib. Onlar bu gün vətənə qayıdacaqlar. Bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont açıqlama verib. “ABŞ Prezidenti Donald Tramp ilə Aleksandr Lukaşenko arasında əldə edilən razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə və qonşu dövlətdə silahlı münaqişənin həlli üçün şərait yaratmaq məqsədilə Prezident 31 Ukrayna vətəndaşını əfv edib”, - deyə Eysmont bildirib.
#Papa XIV Leo
Vatikan rəsmi olaraq Papa XIV Leonun ilk xarici səfərinin Türkiyəyə olacağını açıqlayıb. Vatikan Mətbuat Ofisinin məlumatına görə, Papa 27–30 noyabr 2025 tarixlərində Türkiyəni, daha sonra isə Livana ziyarət edəcək. Vatikan Mətbuat Ofisi direktoru Matteo Bruni, Papanın hər iki səfəri üçün “müvafiq ölkələrin prezidentlərinin və kilsə rəhbərlərinin dəvətini qəbul etdiyini” bildirib.
Papa, “Mən bütün məhbusların azad edilməsini, daimi atəşkəsin yaradılmasını, humanitar yardımın təhlükəsiz daxil olmasını və humanitar hüquqa tam hörmətlə yanaşmağı xahiş edirəm,” deyərək beynəlxalq hüququn mülki şəxslərin müdafiəsini təmin etdiyini vurğulayıb. O, kollektiv cəzaların, nəzarətsiz güc tətbiqinin və məcburi köçkünlüyün beynəlxalq hüquqla qadağan edildiyini bildirib və bu “məhv”ə son qoymağa çağırıb. Qeyd edək ki, Papa XIV Leo Qəzzadakı vəziyyətlə bağlı dəfələrlə sülh və humanitar yardım çağırışları edib. X platformasında yayılan fikirlər, onun bəyanatlarının Qəzza münaqişəsinin beynəlxalq gündəmdə qalmasına töhfə verdiyini göstərir.
Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo çərşənbə günü ümumi auditoriya zamanı çıxış edərək Yaxın Şərq və Ukrayna müharibəsində sülh üçün çağırış edib. O, avqustun 22-ni “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün dua və oruc günü” elan etdiyini bildirib. Papa həmçinin tərəfləri atəşkəsə və dialoqa dəvət edib. Qeyd edək ki, Papa XIV Leo daha əvvəl də İsrailin hücumları altında olan Qəzzada beynəlxalq humanitar hüquqa riayət olunması və atəşkəsin təmin edilməsi çağırışı etmişdi.
Yeddi Qremmi mükafatı laureatı olan Madonna sosial şəbəkə paylaşımında Papadan qarşıdurmaların ortasında qalan günahsız uşaqları xilas etmək üçün humanitar yardım qapılarının tam açılmasına kömək göstərməsini istəyib. “Çox gec olmadan işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əzabına dözə bilmirəm. Dünya uşaqları hamımızındır. Qəzzaya girə biləcək yeganə şəxs sizsiniz” – deyə o bildirib. Madonna, siyasətin dəyişiklik yaratmadığını, yalnız məlumatlılıq gətirdiyini vurğulayıb və heç bir tərəfi günahlandırmadığını, məqsədinin yalnız uşaqların həyatını xilas etmək olduğunu qeyd edib.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzza zolağında davam edən müharibə və Ukraynadakı gərgin münaqişə ilə bağlı dərin təəssüfünü bildirib.
Papa XIV Leo Fələstin Prezidenti ilə Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.
Roma Papası XIV Leo bazar günü İsrailin Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Katolik kilsəsinə etdiyi hücumdan sonra müharibənin dayandırılmasına çağırıb.
İsrailin Baş naziri Benyamin Netanyahu, Papa XIV Leo ilə telefon danışığı zamanı Qəzzadakı Müqəddəs Ailə Kilsəsində baş verən insidentə görə təəssüfünü bildirib.
Katolik dünyasının yeni ruhani lideri Papa XIV Leo bu ilin noyabr ayında Nikea Şurasının 1700 illik yubileyi münasibətilə Türkiyəyə səfər edəcək.
Papa XIV Leo Qəzzada Müqəddəs Ailə Katolik Kilsəsinə edilən hava hücumuna görə təəssüfləndiyini bildirib və atəşkəsə çağırış edib.
Müqəddəs Taxt-Tac Katibliyinin yaydığı məlumatda bildirilir ki, Papa Vatikanın hər iki tərəfin nümayəndələrini qəbul etməyə və münaqişənin diplomatik yolla həlli üçün şərait yaratmağa hazır olduğunu təsdiqləyib.