Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyətə malik olan ALTAY Ana Döyüş Tankının seriyalı istehsalı Ankarada yerləşən Uzay və Aviasiya ixtisaslaşmış sənaye zonasında (HAB) rəsmi olaraq başladı. Tankın istehsal prosesi və müəssisənin daxili ilk dəfə media kameralarına açıldı.Tankın istehsalını həyata keçirəcək BMC Savunma və yerli güc bloku BATUnu inkişaf etdirəcək BMC Power üçün qısa müddətdə müasir texnologiyalarla təchiz olunmuş zavod inşa edilib və artıq fəaliyyətə başlayıb.
#Türk Aerokosmik Sənayesi inkişafı
Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi KAAN layihəsi çərçivəsində ilk uçan prototipin 2026-ci ilin aprel ayında səmaya qalxacağı gözlənilir. Bu barədə Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu məlumat verib.
Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) ilə Avropanın aparıcı hava şirkətlərindən Airbus arasında HÜRJET Jet Təlim Təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək önəmli iş birliyi razılaşması imzalayıb.