İsrail, vasitəçi ölkələrin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəs təklifini qəbul etməyib. Məlumata görə, vasitəçilər bu təklifi İsrail tərəfinə təqdim etsələr də, cavab mənfi olub. Bununla belə, onlar atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.
#Doha
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada səfərdədir. Səfər çərçivəsində Fidan, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul olunub. Görüşdə iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.
HƏMAS Qəzza zolağındakı münaqişənin hərtərəfli həlli və anklavda saxlanılan bütün israilli girovların azad edilməsi məqsədilə danışıqlar aparmağa hazırdır. Bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyət göstərirlər.
Müqavilədə bu layihə ilə bağlı tam həcmdə yerinə yetirmək öhdəliyini üzərimizə götürmüşük. Gələcəkdə biz bu bölgədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq.
AzerVoice-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.
Azərbaycan, Türkiyə və Qətər hökumətlərinə təşəkkür edirik. Bu dəstəyin müsbət təsirlərini bütün Suriya xalqı hiss edəcək. Suriya Energetika Nazirliyinin korporativ kommunikasiyalar üzrə direktoru Əhməd Süleyman, ölkəsinin enerji infrastrukturunun bərpasında Azərbaycan, Türkiyə və Qətərin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
ABŞ rəsmiləri, HƏMAS-ın atəşkəsə dair cavabının Qəzza zolağında razılaşmaya real istək göstərmədiyini əsas gətirərək, Dhoa şəhərindəki nümayəndə heyətini geri çağırmaq qərarına gəliblər.
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
HƏMAS Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı təklifi qəbul etməkdən hələ də imtina edir və Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.
HƏMAS daxilindəki rabitə problemləri, İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və girov mübadiləsi ilə bağlı danışıqların irəliləməsinə əngəl törədir.