#Ceyhan limanı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,43 ABŞ dolları və ya 0,62% artaraq, 69,74 dollar/barel təşkil edib.Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,43 dollar və ya 0,63% bahalaşaraq 68,24 dollar təşkil edib. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,4 dollar və ya 0,71% artaraq, 56,62 dollar/barelə bərabər olub.

2025 - ci ilin yanvar - iyul ayında Türkiyənin Ceyhan limanı 11 milyon 341 min 419 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 358 min 20 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 983 min 399 ton yük daşınıb. 2025 - ci ilin yanvar - iyul aylarında Ceyhan limanından tranzit 16 milyon 248 min 447 ton yük aşırılıb.