#İŞİD Türkiyə

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 15 şübhəlinin terror təşkilatı ilə əlaqəli olduqları və xarici münaqişə bölgələri ilə irtibatlarının olduğu müəyyən edilib.

Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.

İstanbul Başprokurorluğunun rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD silahlı terror təşkilatı ilə əlaqəli 19 nəfər saxlanılıb. Eyni zamanda, İŞİD tərəfdarları ilə əlaqədə olan, təşkilata dəstək xarakterli sosial media paylaşımları edən, təbliğat fəaliyyətlərində iştirak edən və gizli rabitə tətbiqlərindən istifadə etdiyi müəyyən edilən 9 nəfər də aşkarlanıb.