Qazaxıstan 2025-ci ilin sonuna kimi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma üzrə hesabat təqdim edəcək. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
#Bakı
Səsləndirilən iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, “AFEN Plaza”da baş verən partlayışla bağlı ərazidə AAYDA və digər aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. O bildirib ki, orda “Həsən Əliyev – Koroğlu” layihəsinin icrası gedir.
İki gün davam edəcək konfransda iştirakçıları rəqəmsallaşma, süni intellektin tətbiqi, yataqların səmərəliliyinin artırılması, eləcə də təhlükəsizlik və dayanıqlı təchizat məsələləri üzrə müzakirələr gözləyir – bunlar regional energetikanın inkişafını müəyyən edən əsas istiqamətlərdir.
Görüş Ər-Riyad şəhərində keçirilib
Bakıda Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi keçirilir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək.
Noyabrın 21-də Yasamal rayonunun M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu fikirləri Siyasi ekspert Şəhla Cəlilzadə bildirib
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının restorandan başladığına dair iddialar var. Səsləndirilən iddialarla bağlı “Loft” restoranının administratoru bildirib ki, restoranın şaxtası yoxdur.
Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək. Bu fikirləri dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.
Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib. Hadisə zamanı həlak olan şəxsin kimliyi müəyyən edilib. Ölən şəxs binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sədri Samir Məhəmmədov olub. Bina sakinlərin sözlərinə görə, Məhəmmədov uzun müddət bina sakinləri tərəfindən tanınan və binada yaşayan bir şəxs kimi xatırlanır.
Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər. Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.