Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.
#Bakı
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.
Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib. Nazirlikdə təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib. Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.
Paşinyan bu fikirləri Nazirlər Kabinetinin iclasında səsləndirib
15 yanvarda Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2576024700 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.
8 yanvarda Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.01.2026-cı il tarixində keçiriləcəkdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.