#Bakı

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər. 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.

Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri svetoforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə svetofora çırpılıb. Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, fərqli sahələrdən olan güclü qadın liderləri bir araya gətirərək liderlik anlayışını dərin və çoxşaxəli müzakirə müstəvisinə daşıyacaq. Zirvə liderliyə gedən yolun reallıqlarını, qarşıya çıxan baryerləri və uzunmüddətli uğurun əsasını təşkil edən davamlılıq anlayışını ön plana çıxaracaq.

Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.