#Bakı

AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5,295 milyard manat təşkil edib. Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 1 811 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 378 vahid və ya 1,8 dəfə azdır.

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Növbəti görüş 10 fevral saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “İmtahan proqramları, buraxılış və qəbul imtahanlarında tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzusuna həsr olunacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha dörd sosial müavinət növü proaktiv mexanizm əsasında təyin olunacaq. Yeni mexanizmə uyğun olaraq, vətəndaşların bu müavinətləri alması üçün heç bir dövlət qurumuna müraciət etməsinə və əlavə sənəd təqdim etməsinə ehtiyac olmayacaq. Müavinətlər müvafiq informasiya sistemləri üzərindən avtomatik qaydada təyin ediləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır. “Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk”, – deyən Anar Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.

Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq ötən il daha 72,6 min gənc münasib işlərlə təmin edilib.