5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
#Bakı
Layihə çərçivəsində 6-8 sinif şagirdlərində qeyri-formal təhsil metodları və incəsənət vasitəsilə praktiki məşğələlərin, interaktiv fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.Xatırladırıq ki, “Təhsildə özünüifadə” qrant layihəsi Aynur Bağırova tərəfindən Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə həyata keçirilir.
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib. Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.
Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır
Ceyhun Bayramov Azərbaycan–Çin münasibətləri və hərtərəfli strateji tərəfdaşlığa dair “Global Times” nəşrinə müsahibəsində deyib
Azərbaycan bir sıra mühüm beynəlxalq məsələlər üzrə vasitəçi və dialoqun təşəbbüskarı kimi çıxış etməyə hazırdır. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.
Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.
"Qoşulmama Hərəkatının Gənclər Həftəsi" açıq, səmimi və nəsillərarası dialoq üçün yaradılmış bir platformadır. Bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla Həsənova Bakıda keçirilən “Qoşulmama Hərəkatının Gənclər Həftəsi” tədbirində bildirib.
Bakıda Qoşulmama Hərəkatının Gənclər Həftəsi öz işinə başlayıb. Tədbir iki gün davam edəcək. Bu gün "Təhsilin təsiri: diplomatiyada elmin, siyasətin və kommunikasiyanın rolu", "Öhdəlikdən fəaliyyətə: vətəndaş cəmiyyətində, sənayedə və biznesdə dayanıqlı inkişaf" mövzularında panel müzakirələri keçiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərgisinin açılışı olub. Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər.