#mobil telefon istifadəsi statistikası

Barut yazılı bəyanatında bildirib ki, xüsusilə 0–6 yaş arası uşaqların ekran qarşısında çox vaxt keçirməsi beyin inkişafı, dil öyrənmə və sosial bacarıqlar baxımından kritik risklər yaradır. Onun sözlərinə görə, bu dövrdə uşaqlar üçün oyun, təcrübə yolu ilə öyrənmə və insanlarla ünsiyyət əsas inkişaf faktorlarıdır. Telefon kimi passiv ekranlar isə dili anlama, duyğuları ifadə etmə və sosial reaksiyaları tanıma sahəsində gecikmələrə səbəb ola bilər.

Dünya üzrə 100,000-dən çox gənc arasında aparılan araşdırma, 13 yaşına çatmamış smartfon sahibi olan uşaqların 18-24 yaş arasında intihar düşüncələri, aqressivlik, reallıqdan uzaqlaşma, emosional nəzarətin itirilməsi və özünə hörmətin aşağı olması kimi psixi sağlamlıq problemləri ilə üzləşdiyini ortaya qoyub. Sapien Laboratoriyasının baş alimi Dr. Tara Thiagarajan, bu yaşda smartfon istifadəsinin spirt və tütün kimi məhdudlaşdırılmalı olduğunu vurğulayaraq, inkişaf etməkdə olan ağılların onlayn mühitdən dərin təsirləndiyini bildirib.