Məlumata görə, ABŞ tərəfindən qiymətləndirilən təşəbbüs Suriyanı Körfəz və İraq enerji yataqlarını Aralıq dənizi limanları və Avropa bazarları ilə birləşdirən əsas dəhliz kimi formalaşdırmağı hədəfləyir. Bu çərçivədə mövcud və planlaşdırılan boru kəmərlərinin bərpası və genişləndirilməsi nəzərdə tutulur . Plan daxilində İraqdan Suriya üzərindən Aralıq dənizinə uzanan Kərkük–Baniyas neft kəmərinin yenidən işə salınması, həmçinin Qətərdən Türkiyə üzərindən Avropaya uzanan qaz xəttinin reallaşdırılması kimi layihələr yer alır. Eyni zamanda Azərbaycan qazının Kilis və Hələb üzərindən ötürülməsi kimi mövcud xətlərin gücünün artırılması da müzakirə olunur .