Hökumət böhranlarının yaşandığı və iqtidarın əhalinin mənzil problemi ilə bağlı ciddi tədbirlər görməməsi ilə tənqid olunduğu Fransada evsizlərin sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 350 minə çatıb. Fransa mənşəli yardım təşkilatı – əvvəlki adı ilə "Abbe Pierre", yeni adı ilə "Yoxsullar üçün Mənzil Fondu"nun 2025-ci il üzrə hesabatına görə, ölkədə mənzil tikintisindəki durğunluq, kirayə qiymətlərinin yüksək olması və yoxsul təbəqənin mənzil probleminin həllinə yönəlik ciddi addımların atılmaması evsizlərin sayının artmasına səbəb olub.
#ABŞ evsiz düşərgələri
Tramp “Truth Social” hesabında paylaşdığı mesajda 120 FTB agentinin polis və digər federal qurumlarla birlikdə işləyəcəyini bildirib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində şəhərin evsiz əhalisinin küçələrdən təmizlənməsi və təhlükəsizliyin bərpa edilməsi nəzərdə tutulur. "Vaşinqton bu gün azad olunacaq. Cinayət, vəhşilik, çirkab yox olacaq. Paytaxtımızı yenidən möhtəşəm edəcəyəm", — deyə Tramp vurğulayıb.