Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.
#Rusiya-Ukrayna müharibəsi və NATO
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti Volodomir Zelenski bazar ertəsi ABŞ-a gedəcəyini açıqlayıb. Zelenski ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putin ilə Alaskada görüşən sabiq ABŞ Prezidenti Donald Tramp ilə zirvə görüşündən sonra telefon danışığı apardığını bildirib. Zelenski bu barədə Telegram hesabında paylaşım edib. Onun sözlərinə görə, əvvəlcə Avropa liderlərinin iştirakı ilə, daha sonra isə təxminən bir saat yarım müddətində Tramp ilə təkbətək telefon danışığı baş tutub.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüş ərəfəsində, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski bir görüş keçiriblər. Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer bu səhər paytaxt Londondakı ofisində Zelenskini qəbul edib.
Almaniya, NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb. Açıqlamada bildirilib ki, Almaniya digər müttəfiqləri ilə birlikdə, ümumi dəyəri 500 milyon dollara çatan ilk genişmiqyaslı hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır. ABŞ-ın Ukraynaya silah və sursat təmin etməyə davam etmək istəyi üçün təşəkkür ifadə olunan açıqlamada, Almaniyanın bu təşəbbüsə qoşulmaq qərarının Ukraynaya olan dəstəyi əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.