#Mehriban Əliyeva

Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada yerləşən “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzini ziyarət edib. O, Qırğızıstanın birinci xanımı Ayqul Japarova və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə mərkəzin fəaliyyəti ilə tanış olub. Müəssisə 2022-ci ilin may ayından fəaliyyət göstərir. Mərkəzdə 800 çarpayılıq 136 otaq mövcuddur. Yay aylarında burada hər il 8-8,5 min uşaq istirahət edir. Tədris ili ərzində isə əlilliyi olan uşaqlar reabilitasiya xidmətlərindən yararlanırlar. Qonaqlara mərkəzin imkanları və fəaliyyəti barədə məlumat təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda 2026–2028-ci illər üçün fəaliyyət planı çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. “Mygov” platformasının genişləndirilməsi, Milli Məlumat Hövzəsi və süni intellekt həllərinin tətbiqi ilə bağlı tədbirlər diqqət mərkəzində olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan futzal milli komandasının Avropa çempionatında qazandığı qələbə münasibətilə paylaşım edib. Paylaşımda deyilir: ""Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"