Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
#Mehriban Əliyeva
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və Birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər.
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Azərbaycanın Birinci xanımına muzey haqqında məlumat verildi. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Hər bir qadına möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!"
Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyanın birinci xanımı Zinaş Tayaçev ilə görüşü olub.
Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında Prezident İlham Əliyev ilə birlikdə Xocalı Soyqırımı Memorialını ziyarət etdiyi anları paylaşıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin" sözləri yer alıb.