5 iyun 1968-ci ildə, gecə yarısından qısa müddət sonra, senator Robert Kennedi Kaliforniyadakı prezident partiyadaxili ilkin seçkilərində (praymriz) qalib gəldikdən sonra Los-Ancelesdəki "Ambassador" mehmanxanasında güllələnib. Kennedi onu coşqu ilə dəstəkləyən tərəfdarlarına ölkənin artıq daxili parçalanmalara son qoymağa hazır olduğunu bəyan etdikdən dərhal sonra, 24 yaşlı fələstinli Sirhan Sirhan tərəfindən bir neçə dəfə atəşə tutulub. Onun bir gün sonra, 6 iyun 1968-ci ildə vəfat etdiyi rəsmən açıqlanıb.
#Robert Kennedi
Con Kennedi (John Fitzgerald Kennedy) 29 may 1917 – 22 noyabr 1963) ABŞ-ın 35-ci prezidenti olub. O, ABŞ tarixində seçilmiş ən gənc prezident (43 yaş) idi. Prezidentliyi 1961-ci ildən sui-qəsdlə öldürüldüyü 1963-cü ilə qədər davam edib. Kennedi “Soyuq müharibə” dövrünün dramatik hadisələri fonunda ölkəni idarə etmiş və xüsusilə Sovet İttifaqı və Kuba ilə münasibətlərə fokuslanmışdı.
22 noyabr 1963-cü il, ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedi, Texas ştatının Dallas şəhərində açıq avtomobil kortejində səfəri zamanı qətlə yetirildi. ABŞ tarixində dönüş nöqtəsi sayılan bu hadisə həm dövlət, həm də cəmiyyət üzərində dərin təsir buraxdı.
Kennedi həm də ABŞ-ın tarixində prezident seçilən ilk katolik idi.
Prezident Con F. Kennedinin 22 oktyabr tarixli çıxışında sovetləri Kubaya nüvə silahları yerləşdirmək kimi “təhlükəli proqramlarını” dayandırmağa çağırması və adaya əlavə silah daşınmasına qarşı dəniz “blokadası” elan etməsindən sonra dünya nəfəsini tutaraq gözləyirdi: iki supergüc arasında müharibə baş verəcəkmi?