#Türk Mədəniyyəti və İrsi Fondu

18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.

13–14 noyabr 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya rəsmi səfəri çərçivəsində Avropada türk mədəni irsinin təbliği və akademik əməkdaşlığın inkişafına yönəlmiş bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Türkologiya Konfransının açılış mərasimi

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbul (Türkiyə) şəhərində keçirilən “Qlobal Yenidənqurulma: Keçmişdən Yeni Reallıqlara” mövzusunda təşkil olunmuş TRT World Forum 2025-də iştirak edib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın forumda iştirakı mədəniyyətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsində mühüm vasitə olduğunu göstərir.

29 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.

15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqi “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib. Tədbir, Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.

15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.

10 oktyabr 2025-ci il tarixində Qızılorda vilayətində (Qazaxıstan Respublikası) Türk Mədəniyyəti və İrsi Fondu və Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans türk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində baş tutub.

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün Sədaları” mövzulu VII Beynəlxalq Festivalının açılış mərasimi keçirilib.

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü (Qəbələ, Azərbaycan) çərçivəsində Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi dövlət statusunda qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin təşəbbüsü və bütün Türk Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır. Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunub saxlanılması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.