#Kosmos texnologiyası

Tədqiqatçılar qeyd edirlər ki, Günəş sisteminin ilk 100 milyon ilində Mars və Yer kimi daxili planetlər intensiv meteorit bombardmanına məruz qalıb. Bu toqquşmalar Marsın gənc qabığını parçalayaraq nəhəng maqma okeanlarının əmələ gəlməsinə səbəb olub. Soyuduqdan sonra bu okeanlar kristallaşaraq müxtəlif tərkibli qaya parçalarını mantiyada “sıxışdırıb”. Yerdə tektonik plitələrin hərəkəti bu cür qədim strukturları məhv etsə də, Marsın sabit, tək qabığı bu izləri “zaman kapsulu” kimi qoruyub saxlayıb.

Yaponiyanın Kioto Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) altı ay ərzində dondurulmuş siçan hüceyrələrindən sağlam balaların dünyaya gəlməsinə nail olublar. Araşdırma kosmosda sağlam nəsil yaratmağın mümkün ola biləcəyini göstərir. Tədqiqatda siçanların reproduktiv kök hüceyrələri dondurularaq BKS-ə göndərilib və altı ay dondurucuda saxlanılıb. Yerə qaytarıldıqdan sonra hüceyrələr normal inkişaf göstərib və cütləşmədən sonra sağlam balalar dünyaya gəlib. Alimlər siçanların genetik normalığını təsdiqləyiblər.

Bu gün günorta saatlarında Günəşdə gücü yüksək sinfə yaxın partlayış qeydə alınıb. Məlumata əsasən, hazırda Yerətrafı kosmik məkana azenerjili proton axınları daxil olub, lakin onların göstəriciləri normal fon səviyyəsini aşmayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılan Türksat 7A peykinin ölkənin rəqəmsal gələcək vizyonunu daşıyacaq güclü bir texnoloji layihə olduğunu bildirib.