#Yerdəki suyun mənşəyi

Tədqiqatın nəticələrinə görə, suyun əmələ gəlməsi üçün şərait kainatın yaranmasından cəmi 100 milyon il sonra mövcud olub. Böyük Partlayışdan sonra hidrogen, helium və litiumun birləşməsi ilk ulduzları meydana gətirmiş, bu ulduzların partlayışı isə oksigen kimi ağır elementləri kainata yaymışdır. Simulyasiyalar göstərir ki, fövqəlnova partlayışlarının ilk saniyələrində temperatur və təzyiq ulduz qazlarının oksigenə çevrilməsi üçün kifayət qədər yüksək olub, nəticədə ayrılan qazlar soyuyaraq su molekullarının əmələ gəlməsinə şərait yaradıb. Tədqiqatçılar qeyd edirlər ki, fövqəlnova partlayışlarının qalıqları sıx metal diskləri əmələ gətirərək yeni ulduzlar və qayalı planetlərin meydana gəlməsinə imkan yarada bilər. Eyni zamanda, bir bölgədə bir neçə belə partlayışın baş verməsi suyun əmələ gəlməsi və kondensasiyasını artırır.