İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".
#Qətər Rusiya Ukrayna sülh danışıqları
Ukrayna Prezidenti Vladimir Zelenski sabah ABŞ Prezidenti Donald Trampla müharibəyə son qoymaq üçün çərçivə sazişi barədə razılığa gəlməyə ümid etdiyini və Trampın sülh planının Rusiya ilə atəşkəs şərti ilə ümumxalq referendumuna çıxarıla biləcəyini söylədi. Amerika xəbər platforması Axios-a danışan Zelenski Ukrayna ilə ABŞ arasında ikitərəfli sazişlərin əsasən formalaşdığını, beş sənəd şəklində tərtib edildiyini və lazım gələrsə altıncı sənədin əlavə oluna biləcəyini bildirdi.
Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.
ABŞ Dövlət Departamenti, Ukraynaya təxminən 825 milyon dollar dəyərində “Havadan Təhvil Verilən Sursatlar” və əlaqəli logistik avadanlıqları əhatə edən hərbi satışa icazə verib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumata görə, Ukrayna 3 min 350 ədəd Uzun Mənzilli Hücum Sursatı (ERAM) və bu sistemlərlə uyğun Qlobal Pozisiya Müəyyənetmə Sistemləri də daxil olmaqla müxtəlif hərbi avadanlıqların tədarükünü istəyib. Satış paketi raket konteynerləri, ehtiyat hissələri, texniki sənədlər, proqram təminatı, təlim və digər logistik dəstəyi də əhatə edir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüş ərəfəsində, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski bir görüş keçiriblər. Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer bu səhər paytaxt Londondakı ofisində Zelenskini qəbul edib.
Putin və Qətər əmiri arasında Moskvadakı görüşdə əsas diqqət “aktual məsələlərə”, xüsusən də ticarətə və beynəlxalq maraq doğuran mövzulara yönələcək.