#Daşınmaz əmlak yatırımları

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 501 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 83 obyekt azdır. Məlumata görə, bu ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 93 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 15 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyədə 142 min 858 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 12,4 faiz çoxdur.