Əfqanıstanın Nuristan vilayətində güclü daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib. Təxminən 100 nəfərin itkin olduğu bildirilir. Ən böyük dağıntılar Parun şəhərində qeydə alınıb. Fövqəladə hallar qurumu azı 80 yaralının olduğunu açıqlayıb. Xilasetmə əməliyyatları davam edir. Daşqınların yaşayış məntəqələrinə və infrastruktura zərər vurduğu bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
#İqlim dəyişiklikləri
İstanbulda keçirilən görüşdə Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər ərzaq təhlükəsizliyi, iqlim dəyişikliklərinə uyğunlaşma, müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi və aqrar sahədə təcrübə mübadiləsi məsələlərinə xüsusi diqqət yetiriblər. Görüşdə həmçinin şərabçılıq, elmi tədqiqat, təhsil proqramları və aqrar sahənin rəqəmsallaşdırılması üzrə əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən dərc olunan yeni “İqtisadi və Sosial Araşdırma” hesabatına görə, artan istilər, dəyişkən yağıntı rejimi və dəniz səviyyəsinin qalxması regionda fiskal sabitliyi, qiymət siyasətini və iqtisadi davamlılığı ciddi şəkildə sarsıdır.