Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.