#Venesuela

ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət Ofisi Venesuelanın müvəqqəti prezidenti Dels Rodriqezə qarşı tətbiq edilən sanksiyaların ləğv olunduğunu açıqlayıb. ABŞ tərəfi bu addımla Venesuelada yeni siyasi rəhbərliyi tanıdığını və ölkənin sabitləşdirilməsi prosesinə dəstək vermək niyyətində olduğunu nümayiş etdirir.

ABŞ Venesuelanın paytaxtı Karakasda yerləşən səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa edib. Rəsmi açıqlamada bildirilib ki, səfirliyin yenidən açılması ABŞ-ın Venesuelada diplomatik mövcudluğunda yeni dövrün başlanğıcını ifadə edir və hökumət, vətəndaş cəmiyyəti, eləcə də özəl sektorla birbaşa əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.

Çin neft emalı zavodları Venesueladan xam neft idxalını yenidən bərpa edib. Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Karakasa səfəri zamanı açıqlama verib. Məlumata əsasən, yanvar ayında baş verən hadisələrdən əvvəl Çin Venesuela neftinin əsas alıcısı idi və sanksiyalara baxmayaraq xammalı endirimli qiymətlərlə əldə edirdi. Sonrakı dövrdə isə Çin emalçıları tədarük müqavilələrini müvəqqəti dayandıraraq alternativ bazarlara yönəlmişdi.

Venesuela hakimiyyəti ölkənin daxili siyasətinə xarici müdaxilələrə qarşı sərt ritorika nümayiş etdirib. Nikolas Maduronun siyasi varisi kimi tanınan Rodriges bildirib ki, Venesuela ABŞ-la fikir ayrılıqlarını müstəqil şəkildə həll etməkdən çəkinmir. Onun sözlərinə görə, milli birlik və cəmiyyətin daxili həmrəyliyi ölkənin suverenliyinin təmin olunmasının əsas şərtidir.

Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigesin ABŞ-a səfər edəcəyi bildirilir. Bundan əvvəl ABŞ Konqresində Venesuela müxalifətinin lideri Maria Korina Maçado ölkənin yeni lideri kimi seçilib. Məlumata əsasən, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Kapitoliyada keçirilən qapalı görüşdən sonra Maçadoya tam dəstək verdiklərini bəyan ediblər.

ABŞ Konqresi Venesuela üçün müvəqqəti dövrün lideri kimi müxalifət lideri Maria Korina Maçadonu dəstəklədiyini açıqlayıb. Texas ştatından nümayəndə Mike Lawler isə Maçadonu "Venesuela üçün yeni səviyyəyə aparacaq lider" adlandırıb və ölkədə demokratik seçkilərə keçidin ən qısa zamanda təmin edilməli olduğunu vurğulayıb.

Venesuela müvəqqəti dövlət başçısı Delsi Rodriges ölkənin xam neft satışından 300 milyon dollar gəlir əldə etdiyini açıqlayıb. Rodrigesin sözlərinə görə, ilkin mərhələdə nəzərdə tutulan 500 milyon dolların 300 milyon dolları Venesuela Mərkəzi Bankının hesabına köçürülüb. O, bu vəsaitin daxili bazarın möhkəmləndirilməsi və iqtisadi sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri ilə Venesueladakı enerji sektoru və investisiya imkanlarını müzakirə edib. Görüşdə Chevron, ExxonMobil, ConocoPhillips, Continental, Halliburton, Valero, Marathon, Shell, Trafigura, Vitol Americas, Repsol, Eni, Hilcorp və digər iri enerji şirkətlərinin rəhbərləri iştirak edib. Tədbirdə, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və enerji naziri Kris Rayt da yer alıb.

2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.