#İnfrastruktur zərəri

Dünya Bankı Suriyada münaqişədən sonra yenidənqurma xərclərinin 216 milyard dollar olduğunu açıqlayıb. Bankın yayımladığı "Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011-2024" hesabatına görə, ölkədə 13 ildən çox davam edən münaqişə nəticəsində infrastruktur və binalara ciddi ziyan dəyib. Hesabatda qeyd edilir ki, Suriya münaqişə əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə biri zərər görüb. İnfrastruktur ən çox zərər çəkən sahə olub və ümumi zərərin 48 faizini təşkil edir. Hələb, Dəməşq ətrafı və Homs bölgələri ən çox təsirlənən ərazilər kimi göstərilib.