#İlon Mask

Texnologiya milyarderi Ilon Mask Yaponiyanın sürətli demoqrafik tənəzzül yaşadığını və bu il ölkənin təxminən bir milyon nəfər əhalisini itirə biləcəyini bildirib. O, daha əvvəl X platformasında yazaraq, Yaponiyanın aşağı doğum səviyyəsinə görə “yoxluq” riski ilə qarşı-qarşıya olduğunu vurğulayıb və süni intellekti bu tənəzzülü geri qaytara biləcək “yeganə ümid” kimi dəyərləndirib. Mask bu açıqlamanı World Statistics-in “Yaponiyanın əhalisi 2024-cü ildə 900.000 daha çox ölümlə azalır” məlumatına istinadla verib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi statistikalarına görə, ötən il 686 061 doğuş və 1 605 298 ölüm qeydə alınıb ki, bu da əhalinin xalis sayının 919 000 nəfər azalması deməkdir.

Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI, dəyərinin 500 milyard dollara çatması ehtimal edilən yeni səhm satışı planı ilə dünyanın ən dəyərli özəl texnologiya şirkəti olmaq yolundadır. Bloomberg-in məlumatına görə, bu səhm satışı sövdələşməsi ilkin mərhələdə olsa da, Thrive Capital da daxil olmaqla, mövcud investorlar müzakirələrə cəlb olunub. Əgər razılaşma baş tutarsa, OpenAI bu göstərici ilə hazırda 400 milyard dollar dəyərində olan İlon Maskın SpaceX şirkətini geridə qoyacaq.

Tesla İlon Maska 29 milyard dollara yaxın səhm bonusu təqdim edəcək. Tesla İdarə Heyəti şirkətin baş direktoru İlon Maska 2018-ci il CEO Performans Mükafatı çərçivəsində təxminən 29 milyard dollarlıq məhdud səhmlərlə mükafat verilməsi barədə qərar qəbul edib.

Polşanın Baş nazir müavini və Rəqəmsal Məsələlər naziri Krzysztof Gawkowski, süni intellekt platforması Grok tərəfindən yayımlanan təhqiredici və nifrət nitqi xarakterli cavablara görə X (keçmiş Twitter) sosial media platformasının ölkədə bağlanmasının gündəmə gələ biləcəyini açıqlayıb.