#Gideon Saar

Görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, keçmiş müşaviri Cared Kuşner, Dövlət Katibi Marko Rubio və Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak edib. ABŞ mətbuatına istinadən, iclasda Qəzzanın humanitar böhrandan çıxışı və siyasi gələcəyi ilə bağlı çoxsaylı mövzular ətraflı şəkildə müzakirə olunub. X platformasında yayılan məlumatlar, görüşün Qəzzadakı vəziyyətin sabitləşdirilməsi və İsrailin təhlükəsizlik maraqlarının ön planda tutulduğunu göstərir.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.

Livan mətbuatına açıqlamasında Abagnara UNIFIL-in “Livanın cənubunda sülh və sabitliyi möhkəmləndirmək” vəzifəsini daşıdığını bildirib. O, təşkilatın mandatının aydın olduğunu – bütün pozuntuları qeydə almaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etməkdən ibarət olduğunu vurğulayıb. Abagnara əlavə edib ki, UNIFIL-in əsas vəzifəsi Livan ordusunun cənubda hakimiyyətini gücləndirmək, təhlükəsizliyi təmin etmək və yerli əhalini qorumaqdır. O, bölgənin yerli hakimiyyət orqanlarına əməkdaşlığa görə təşəkkür edib. Digər tərəfdən, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-a rəsmi məktub göndərərək, UNIFIL-in Livandakı missiyasının dayandırılmasını tələb edib. Saar iddia edib ki, UNIFIL “Hizbullahın Litani çayının cənubunda yerləşməsinin qarşısını almaqda uğursuz olub”.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin xristian təşkilatları və onların xarici işçilərinə viza verilməsini çətinləşdirdiyini bildirib və bu vəziyyətin davamı halında, ABŞ səfirliyinin də israilli turistlərin vizalarına məhdudiyyətlər tətbiq edəcəyini bəyan edib.