Məhəmməd Abduh 1265-ci ildə (1849) Misirin Buhayrə bölgəsinin Mahalletünnasr kəndində anadan olub. Tanta ətrafına yerləşmiş türkmən köçkünlərindən olan ailəsi, Məhəmməd Əli Paşanın təzyiqləri səbəbindən Nil çayı sahilinə köçmüşdü. Fermerliklə məşğul olan atasının israrlı təşviqi ilə Məhəmməd Abduh yazıb-oxumağı öyrənib hifzini (Quranın əzbərlənməsini) tamamladıqdan sonra 1862-ci ildə təhsil üçün Tantaya göndərildi.