#Misirdə İxvan və Sələfilərin neytrallaşdırılması

Fevral ayından bəri İranda alovlanan müharibə regional arenada, xüsusilə də Fələstin müqavimət hərəkatlarının, ən başda isə "HƏMAS"ın müttəfiqlik xəritəsində hiss olunan dəyişikliklərə səbəb olub. Tehrandakı münaqişənin təsiri yalnız İran ərazisi və ya Qərb maraqları ilə məhdudlaşmayıb, regional müttəfiqlərə də sirayət edib. Belə ki, İranın nüfuzu tədricən azalmağa başladığı bir vaxtda, regional xaosdan və müharibənin diktə etdiyi dəyişikliklərdən yararlanan "HƏMAS" daxilindəki "Müsəlman Qardaşlar" (İxvan) qanadı yeni siyasi güc qazanmağa başlayıb.

ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmış son icraedici sərəncam Yaxın Şərqdə İxvanül-müslimin (Müsəlman Qardaşlar) hərəkatının təsir imkanlarının azaldılması baxımından düzgün və daha effektiv yanaşma kimi qiymətləndirilir. Bununla belə, analitiklər hesab edirlər ki, bu strategiyanın real nəticə verməsi üçün hərəkatla əlaqəli daha geniş maliyyə və təşkilati dəstək şəbəkələri də hədəfə alınmalıdır.