#Kreml

Rusiya NATO ölkələrinin hərbi qüvvələrinin müharibə başa çatdıqdan sonra belə Ukrayna ərazisində yerləşdirilməsini qəbuledilməz hesab edir. Kreml Moskvanın bu mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə bəyan etdiyini bildirib. Peskov məsələnin Rusiya üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi ideyası ilk dəfə gündəmə gətirilmir.

Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında Körfəz regionundakı və Ukraynadakı vəziyyəti müzakirə edib. Kremlin məlumatına görə, Putin BƏƏ-yə Rusiya və Ukrayna arasında hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinin təşkilində göstərdiyi vasitəçiliyə görə təşəkkür edib. Tərəflər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Rusiya ABŞ ilə İran arasında davam edən qarşıdurmanın qlobal iqtisadiyyata ciddi zərər vura biləcəyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov Moskvanın İran rəsmiləri ilə əlaqə saxladığını təsdiqləyib. O, mövcud iqtisadi vəziyyəti kifayət qədər ağır kimi qiymətləndirib. Peskov İranın Vladimir Putinlə telefon danışığı üçün müraciət etmədiyini də açıqlayıb. Rusiya tərəfləri gərginliyi artırmamağa çağırıb. Moskva münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulayır. Rusiya hesab edir ki, qarşıdurmanın davam etməsi dünya iqtisadiyyatı üçün əlavə risklər yarada bilər. Kreml vəziyyəti diqqətlə izlədiyini bildirir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün yalnız münaqişənin həlli prosesinin yekun mərhələsində mümkün ola biləcəyini bildirib. Peskov qeyd edib ki, belə bir görüşün baş tutması üçün əvvəlcədən geniş hazırlıq işləri və danışıqlar prosesinin tamamlanması vacibdir.

Kreml Kubaya yardım göstərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya Kubaya “mümkün olan bütün yardımı göstərməyə hazırdır” və bu istiqamətdə məsələlər kubalı tərəfdaşlarla müzakirə olunur. Peskov qeyd edib ki, Kuba hazırda ciddi humanitar problemlərlə üzləşir və Moskva ilə Havana arasında bu məsələ ilə bağlı işçi və ekspert səviyyəsində təmaslar davam edir.

Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.