6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
#Monteneqro
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Azərbaycan U-15 millisi sentyabrın 19-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Yığmamız toplanış çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Balkan ölkəsində, xüsusilə paytaxt Podqoritsa və Nikşiç, Bijelo Polye, Canja, Buljarika bölgələrində davam edən yanğınlar küləyin təsiri ilə bəzi yaşayış məntəqələrinə yaxınlaşıb. Monteneqro Daxili İşlər Nazirliyi NATO vasitəsilə qonşu ölkələr də daxil olmaqla beynəlxalq ictimaiyyətdən dəstək istədiyini açıqlayıb. Serbiya yanğınlara havadan müdaxilə üçün vertolyot göndərib, Xorvatiya isə yanğınsöndürmə təyyarəsi ilə kömək göstərib. Ölkədə yüksək temperatur səbəbindən qırmızı təhlükə elan olunub.
Türkiyə Xarici işlər naziri Hakan Fidan, Balkan Sülh Platformu Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində İstanbulda olan Bosniya və Herseqovina, Serbiya və Monteneqro xarici işlər nazirləri ilə görüşüb.
Türkiyə, Balkan regionunda dialoq və əməkdaşlığı gücləndirməyə yönəlmiş yeni diplomatik təşəbbüsə start verir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.
Monteneqronun Çetinye şəhərində yerləşən restoranda azı 10 nəfərin ölümü ilə nəticələnmiş silahlı insidentlə əlaqədar ölkədə üç günlük milli matəm elan olunub.