Fransada təsirini göstərən “Nils” fırtınası səbəbindən 850 minə yaxın ev təsərrüfatında elektrik enerjisi kəsilib. Fransanın Milli Meteorologiya Xidməti “Meteo-France”ın məlumatına görə, güclü külək, daşqın və qar uçqunu riski ilə əlaqədar 5 departament üzrə qırmızı, 29 departament üzrə isə narıncı xəbərdarlıq elan olunub. Ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.
#elektrik enerjisi kəsintisi
Vietnam News-un məlumatına görə, tayfunun yaratdığı leysan yağışlar və daşqınlar ölkədə ciddi fəsadlara səbəb olub. Təxminən 1,6 milyon insan elektrik enerjisindən məhrum olub, 15 ev tamamilə dağılıb. Vyetnamın Baş naziri Pham Minh Chinh yerli hakimiyyətlərə axtarış-xilasetmə əməliyyatlarını sürətləndirməyi tapşırıb. Tayfun səbəbindən Çinin Hainan adasında da avqustun 23-də 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.
CNN-in məlumatına görə, Şərqi Arizona və Feniksə təsir edən qum fırtınası nəticəsində yaranan toz buludları, güclü yağış və 70 mil/saat (112 km/saat) sürətli küləklərlə müşayiət olunub. Fırtına Phoenix Sky Harbor Beynəlxalq Hava Limanında uçuşların təxminən bir saat dayandırılmasına və dam örtüyünün zədələnməsinə səbəb olub. Hava limanında 127 uçuş gecikib, iki uçuş ləğv edilib, iki uçuş isə başqa istiqamətə yönləndirilib. Feniksin daxil olduğu Marikopa qraflığında 60,000-dən çox insan elektrik kəsintisi ilə üzləşib, Salt River Project (SRP) 41,608, APS isə 6,156 müştərinin enerji təchizatının kəsildiyini bildirib. Milli Hava Xidməti (NWS) fırtınanın görünmə qabiliyyətini sıfıra endirdiyini vurğulayaraq, sürücülərə “Pull Aside, Stay Alive” kampaniyası çərçivəsində yol kənarına çəkilməyi və avtomobil işıqlarını söndürməyi tövsiyə edib.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto hücumdan sonra Rusiya neftinin Macarıstana nəqlinin dayandığını açıqlayıb. O, “Ukrayna yenidən Macarıstana gedən neft kəmərinə hücum edərək, ölkəmizə neft axınının kəsilməsinə səbəb oldu. Bu, enerji təhlükəsizliyimizə qarşı qəbuledilməz bir hücumdur” - deyə bildirib. Nazir əlavə edib ki, məsələ ilə bağlı Rusiya energetika nazirinin müavini Pavel Sorokin ilə danışıb və rusiyalı mütəxəssislərin transformator stansiyasının tezliklə işə bərpa olunması üçün çalışdıqlarını qeyd edib. Lakin neft nəqlinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
İraqın mərkəzi və cənub bölgələrində elektrik enerjisi tamamilə kəsilib. Paytaxt Bağdad da daxil olmaqla ölkənin mərkəzi şəhərlərində və cənub bölgələrində qəfil elektrik kəsintisi baş verib.
Dünya Bankı Suriyada etibarlı və münasib qiymətli elektrik enerjisinin bərpasına dəstək məqsədilə 146 milyon dollarlıq qrant ayırıb.