Bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub. Sənədə əsasən, hökumətə bağlı xüsusi komissiya “Husilər” və “Hizbullah”la əlaqəsi olan bütün şəxslərin və qurumların aktivlərinin dərhal dondurulmasını qərara alıb. Məlumata görə, İraq, həmçinin dünyanın müxtəlif ölkələrindən 100-dən çox təşkilat və şəxsi terror siyahısına əlavə edib. Siyahıya daxil edilənlərin bir hissəsi barəsində artıq BMT Təhlükəsizlik Şurasının sanksiya qərarları mövcuddur.
#Husilərin ideologiyası nədir və hansı şüarlar səsləndirirlər?
Qəzzada atəşkəs razılaşmasının qüvvəyə minməsi ilə Yəməndəki husilər növbəti mərhələ qarşısında çaşqınlıq və narahatlıq içində görünür. Onlar Qırmızı dənizdə hərbi gərginliyi davam etdirmək üçün yeni bəhanələr axtarır, eyni zamanda nəzarət etdikləri ərazilərdə artan ictimai narazılıq və iqtisadi böhranla üzləşməməyə çalışırlar.
Husilər nə Livan kimi müəyyən siyasi institutlara sahib dövlət, nə də klassik anlamda nizami orduya malikdirlər. Onlar, daha çox İranın ali rəhbərinə bağlı, təlim keçmiş silahlı milislər kimi qiymətləndirilir.
Husilərin davamlı müqavimətinə baxmayaraq, ABŞ tərəfindən onların resurslardan məhrum edilməsi yolu ilə mühasirəyə alınması, təslim olmaya məcbur etməyin əsas yollarından biri kimi görünür.
Yəmənin gələcəyi, xalqının birliyi və beynəlxalq ictimaiyyətin ədalətli müdaxiləsi olmadan, Husilərin yaratdığı zülm və xaos içində məhv olmağa davam edəcək.