#ATƏT

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."

"Bir daha Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, həmçinin bu razılaşmaların təcili icrasına dair verdikləri qətiyyətli qərara görə ürəkdən təbrik etmək istərdim. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və prosesdə göstərdikləri əla əməkdaşlığa görə tərəflərə səmimi minnətdarlığımı bildirirəm. Həmçinin konsensusun əldə olunmasında göstərdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də təqdir etmək istərdim", – deyə nazir Valtonen bildirib.

ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib

2025-ci il avqustun 8-i Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində dönüş nöqtəsi oldu. ABŞ paytaxtında keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı fonunda iki ölkənin xarici işlər nazirləri — Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli sülh sazişinin layihəsini parafladılar. Ən önəmlisi isə, onlar ATƏT-in fəaliyyət göstərən sədrinə müraciət imzalayaraq Minsk prosesinin dayandırılması və ATƏT-in Minsk qrupu (ATƏT MQ), Sədrin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HPLG) ləğvini rəsmiləşdirdilər.

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ediblər. "Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar", - sənəddə deyilir.

Göyüşlü açıqlamasında bildirib ki, ABŞ keçmişdə də uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münaqişəsinin həllində vasitəçi kimi çıxış edib. “Biz unutmamışıq ki, ABŞ bu prosesdə yeni deyil, köhnə bir vasitəçidir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də iştirak edib. Doğrudur, Minsk qrupu effektiv nəticə verə bilmədi, biz məsələni özümüz həll etdik. Amma qrupun üç həmsədrindən biri ABŞ olub və bu gün də Minsk qrupu hələ ləğv edilməyib. Buna görə də hesab edirəm ki, ABŞ bu proseslə tanışdır və onun vasitəçiliyi sülhün əldə olunmasına müsbət təsir göstərə bilər.” - deyə o qeyd edib.