#Azərbaycan

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib. Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

Bunu Pəncab hökumətinin İnsan Haqları və Azlıqları məsələləri naziri Rameş Sinq Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Yanvarın 19-u saat 19:00-da Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli filminin premyerası keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax, Qazax–Gəncə və Şabran–Siyəzən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla başa çatıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələ çərçivəsində Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bir sıra məscidə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.